
Türkiyəli general: İran odla oynayır, bu Türkiyəyə qarşı savaş elan etməkdir
11:11 13.01.2025
Dünya
674
İran Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxmaq üçün Suriyadakı YPG/PKK qruplaşmasına 1500 kamikadze dron tədarük etməyə razılaşıb. Bu barədə Türkiyənin “Yeni Şəfəq " qəzeti məlumat yayıb. Məlumata görə, İran nümayəndələri ilə terror təşkilatı arasında görüş İraqda baş tutub. PKK-çılar İrandan əvvəlcə 2000 pilotsuz təyyarə tələb ediblər. Lakin İran nümayəndələri yalnız 1500 ədəd təmin edə biləcəklərini deyiblər. Razılaşma əldə olunmasına baxmayaraq, Türkiyənin yaxından izləməsi və Suriyaya hər hansı pilotsuz təyyarənin ötürülməsinə mane olmaq təhlükəsi səbəbindən daşınma gecikdirilib.
Qeyd olunur ki, razılaşmanı əngəlləmək əzmində olan Türkiyənin səyləri İran və YPG/PKK arasında əməkdaşlığı dayandırıb. Əlavə edilib ki, Türkiyənin təzyiqi altında YPG/PKK alternativ strategiyaya - aşkarlanmamaq üçün pilotsuz təyyarələrin ayrı-ayrı hissələrlə daşınması planını həyata keçirmək istəyir. Lakin Türkiyənin sərhəd boyu əməliyyatlarını davam etdirməsi səbəbindən bu strategiyanın uğuru şübhə altında qalır.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz “Sherg.az”a bildirib ki, İran çox təhlükəli işlərlə məşğuldur:

“İran bundan əvvəl də PKK və Suriyada olan PYD/YPG terror quruplaşmalarına hər cür dəstək verib. Ötən günlərdə də İran nümayəndələri İraqda PKK/YPG nümayəndələriylə bir araya gəldilər. Həmin görüşdən sonra İran PKK/YPG-yə texniki və silah yardımı ilə bağlı söz verdi. Bu proses Türkiyəyə qarşı savaş elan etməkdir. İranın Suriyada və daxilində itirdiyi nüfuzunu Türkiyə üzərindən bərpa etməyə çalışması rəsmi Tehranın antiTürkiyə siyasətini davam etdirməsi deməkdir. Bu isə nəticə etibarilə İranın özünə zərər verəcək ortam yaradır. Türkiyə İranın etdiklərinə qarşı lazım olan addımları atacaq. Rəsmi Tehran Ankaranın düşmənliyini deyil, dostluğunu düşünüb buna uyğun siyasət aparmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm