Ukraynanın PUA-larla Tatarıstanın Nijnekamsk şəhərinə hücum etdiyi bildirilir. Hücum nəticəsində istehsalat və mülki obyektlərin zərər gördüyü, ölənlərin olduğu açıqlanıb.
Sherg.az xəbər verir ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanovun sözlərinə görə, şəhərə kütləvi PUA hücumu davam edir və vəziyyətlə bağlı operativ məlumatlar alınır.
Bundan əvvəl Belqoroda endirilən zərbələr nəticəsində 6 nəfərin öldüyü, Şebekinoda isə 3 nəfərin yaralandığı bildirilib.