
Ukraynada alternativ hökumət yaratmaq ideyası real deyil - RƏY
04:12 31.08.2023
Dünya
556
Ancaq daxildə Zelenskidən narazılıq edən qüvvələrin sayı çoxalıb “Müharibə uzandıqca fəsadları dərinləşir. Bu da hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr üçün real zəmin yaradır”
Keçmiş prezident Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin hesab edir ki, guya, Ukrayna özünü xilas etmək üçün mütləq alternativ hökumət yaratmalıdır.
Bu barədə o, yutubda bloq yazısında bildirib.
Alternativ hökumətin dərhal yaradılmasını təklif edən O. Soskinin sözlərinə görə, ölkədə alternativ güc mərkəzi yaranarsa, bu halda hazırkı lider Vladimir Zelenski, guya, “sıfıra vurulacaq” O, çox gec olmadan dayanmalıdır”.
Bunu deyən Soskin, ABŞ prezidentinin oğlu Hunterin korrupsiya qalmaqalları ilə əlaqədar Cozef Baydenin Kiyevə təsirinin qaçılmaz şəkildə itiriləcəyini proqnozlaşdırıb. Sabiq müşavirin sözlərinə görə, Amerika hakimiyyəti tezliklə Ukraynanı təmin etməyi dayandıracaq.
Xatırladaq ki, bir müddət bundan əvvəl Kuçmanın keçmiş müşaviri Zelenskini dövlətə xəyanətdə ittiham etməyə çağırmışdı. O, təklifini onunla izah edib ki, dövlət başçısı “soyqırım törədir və Ukraynanı məhv etmək istəyir”.

Politoloq İlqar Vəlizadə isə “Sherg.az"a açıqlamasında deyib ki, indiki halda Ukraynada alternativ hökumət yaratmaq ideyası real deyil:
“Hazırda Ukraynada hərbi vəziyyət davam etdiyi üçün ölkənin Ali Baş Komandanına qarşı real çıxışlar mümkün deyil. Amma bu kimi xəbərlərin yayılması onu göstərir ki, artıq Ukrayna daxilində Zelenskidən narazılıq edən qüvvələrin sayı çoxalıb. Xüsusən də, bəzi siyasi qruplar Zelenskinin apardığı siyasətin təzadlı olduğunu dərk etməyə başlayıblar. Müharibə uzandıqca fəsadları dərinləşir. Bu da hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr üçün real zəmin yaradır. Onlar da Zelenskiyə qarşı sərt tənqidi fikirlər səsləndirməklə siyasi arenada özlərinə yer edirlər”.
Politoloqun sözlərinə görə, belə bir vəziyyətdə Ukraynada prezident seçkilərinin keçirilməsi də inandırıcı deyil: “Baxmayaraq ki, daxildə və xaricdəki siyasi qüvvələr Ukraynada prezident seçkilərinin keçirilməsini istəyirlər. Onlar düşünür ki, V.Zelenski hakimiyyətdən gedəndən sonra Rusiya ilə aralıq sazişi bağlanmalı və müharibə dayandırılmalıdır. Aydın məsələdir ki, Zelenski Rusiya ilə belə bir danışığa getməyəcək. Amma Zelenskini əvəz edəcək yeni prezident bu sazişin imzalanmasında maraqlı ola bilər. Bu baxımdan müharibənin dayanması üçün Ukraynada prezident seçkilərinin keçirilməsi və Zelenksinin hakimiyyətdən uzaqlaşdırılması mühüm şərtdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət