Ukraynada gecə saatlarında partlayış səsləri eşidilib

Ukraynanın bir sıra bölgələrində gecə saatlarında hava həyəcanı elan olunub. Kiyev və Dnepropetrovskda bir neçə partlayış baş verib.

Sherg.az xəbər verir ki, yerli “24-cü kanal”ın məlumatına görə, partlayışlar gecə yarısından sonra baş verib.

Hazırda Kiyev vilayətində və Dnepropetrovsk vilayətinin bir neçə rayonunda hava həyəcanı davam edir. Partlayışların nəticələri barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, avqustun 6-da Rusiya ərazisi üzərində 600-dən çox Ukrayna PUA-sının ələ keçirildiyi və məhv edildiyi bildirilib. Rusiya tərəfinin məlumatına görə, PUA-ların qalıqları bəzi yaşayış evlərinə, logistika mərkəzinə və neft emalı zavoduna düşüb.