Ukraynalı hərbçi: Xidmətdən yayınmaq üçün 10-50 min dollar tələb olunur

Ukrayna Silahlı Qüvvələrinin 21-ci ayrı mexanikləşdirilmiş briqadasının əsir düşmüş snayperi hərbi xidmətdən yayınmaq üçün 10-50 min dollar ödəməyin mümkün olduğunu iddia edib.

Sherg.az xəbər verir ki, əsir hərbçi bu barədə TASS-ın əldə etdiyi videoyazıda danışıb. Onun sözlərinə görə, bu məbləğ barədə yalnız eşidib və şəxsən ona belə təklif edilməyib.

O bildirib ki, bütün zəruri azadolma sənədləri olmasına baxmayaraq, Ukraynada səfərbərlik tədbirləri zamanı orduya cəlb edilib. Hərbçi həmçinin yaşına görə bəzi əmrləri yerinə yetirə bilmədiyi barədə komandanlığa müraciət etdiyini, lakin bölmədə ciddi şəxsi heyət çatışmazlığı səbəbindən hər kəsin xidmətə cəlb edildiyini söyləyib.