Vatikanın Dövlətlərlə Əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallager avqustun 25-dən 28-dək Moskvaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Moskvada yerləşən Katolik Arxiyepiskopluğunun mətbuat katibi Anastasiya Bosio "RİA Novosti" agentliyinə bildirib.
Qeyd edək ki, iyul ayında Pol Riçard Qallager Kiyevə beş günlük səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqa ilə görüşüb. Arxiyepiskop Ukraynada davamlı sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
Pol Riçard Qallager sonuncu dəfə Moskvaya 2021-ci ilin noyabr ayında səfər edib. O, Rusiyanın Baş naziri Mixail Mişustin, xarici işlər naziri Sergey Lavrov və Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri Departamentinin o vaxtkı sədri, Volokolamsk mitropoliti Hilarion ilə görüşmüşdü.