Rusiyanın Voronej vilayətində"Wildberries"in logistika obyektinə pilotsuz uçuş aparatları ilə hücumdan sonra baş verən yanğın söndürülüb. Şirkət bildirib ki, anbardakı malların böyük hissəsi zərər görməyib.
Şirkətin açıqlamasına görə, hazırda obyektə yeni tədarüklərin qəbulu müvəqqəti dayandırılıb və yüklər digər logistika mərkəzlərinə yönləndirilir.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev daha əvvəl hücum nəticəsində şirkətə məxsus iki anbarda yanğın baş verdiyini açıqlamışdı. Hadisə zamanı əməkdaşlar təhlükəsizlik məqsədilə təxliyə edilib. Sherg.az