Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan “Məkkə Birgə Müdafiə Razılaşması” beynəlxalq mediada geniş müzakirə olunur.
Sherg.az xəbər verir ki, Yunanıstanın “Pentapostagma” nəşri Afinanı razılaşmaya qarşı “dərhal” addım atmağa çağırıb.
Nəşr Yunanıstanın Misir, BƏƏ və Səudiyyə Ərəbistanı ilə “Məkkə razılaşması”na bənzər müdafiə sazişi imzalamasının zəruri olduğunu yazıb.
Yunanıstanın Səudiyyə Ərəbistanının hava hücumundan müdafiəsinə “Patriot” sistemləri ilə dəstək verdiyi və İran tərəfindən buraxılan dron və raketlərin qarşısının alınmasında rol oynadığı qeyd edilib. Həmçinin Afinanın BƏƏ-yə hücum helikopterləri göndərdiyi və Misirlə yaxşı münasibətlərə malik olduğu vurğulanıb.