Zelenski həm xalqı, həm də Qərbi sakitləşdirməyə çalışır - ŞƏRH
03:46 28.08.2025
Dünya
405
Ukrayna Prezidentinin açıqlaması eyni zamanda Ukraynanın yeni hərbi əməliyyatlara başlamaq ehtimalını da gündəmə gətirir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya ərazi güzəşti ilə bağlı təklifləri qəti şəkildə rədd edib. Bu barədə "Strana.ua" saytı məlumat yayıb. Dövlət başçısı bildirib ki, Ukrayna heç vaxt öz torpaqlarından imtina etməyəcək. “Biz öz torpağımızı heç kimə verməyəcəyik”, deyə Zelenski qeyd edib.
Politoloq Zeynal Əmrəliyev “Şərq”ə açıqlamasında deyib ki, Ukrayna prezidentinin bu açıqlaması həm daxili, həm xarici dairələrə öz fikrini çatdırmaq üçündür:
“Son zamanlar Ukraynada Zelenskini müharibəni dayandırmaqda ittiham edən qüvvələrin sayı artıb. Bu isə xalqda ciddi qıcıq oyadır. Zelenski bu açıqlaması ilə insanların hisslərini cilovlamağa çalışır. Həmçinin Ukraynanın rəhbəri Qərb ölkələrinə mesaj göndərmək istəyir ki, güzəştə getmək fikrində deyillər və heç bir halda torpaq güzəşti məsələsi gündəmə gətirilməməlidir. Rəsmi Kiyevin istədiyi Qərb ölkələrinin dəstəyi davam etdirməsidir. Zelenskinin sözləri eyni zamanda Rusiya rəhbərliyi üçün də mesajdır. Ukrayna Rusiya tərəfindən işğal edilmiş bütün torpaqları azad edilməyincə sülh müqaviləsinin imzalanmayacağı barədə açıq mesaj verib. Zelenskinin açıqlaması eyni zamanda Ukraynanın yeni hərbi əməliyyatlara başlamaq ehtimalını da gündəmə gətirir. Açıqlama onu göstərir ki, Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır. Bu isə müharibənin davam edəcəyini göstərir. Zelenskinin mövqeyi Rusiya mediasında da geniş şəkildə işıqlandırılıb. Moskvada hesab edirlər ki, Ukrayna prezidentinin bu mövqeyi müharibəni dayandırmağa və sülh danışıqlarına ciddi şəkildə mane olur. Rəsmi Moskvanın istəyi Ukraynanın Donbassın işğal edilməmiş bölgələrindən də çəkilməsidir. Maraqlıdır ki, müharibəni davam etdirməklə bağlı ritorika Rusiya tərəfindən də səsləndirilir. Ancaq hər iki tərəfin də resursları tükənir. Bu isə tərəflərin güzəşt ehtimalını artırır. Tramp administrasiyası hər nə qədər Ukraynadan güzəştlər tələb etsə də, beynəlxalq hüquq rəsmi Kiyevə öz mövqeyini qoruyub saxlamağa imkan verir. Ukraynanın ehtiyat etdiyi daha bir məsələ isə ərazi güzəştinin Avropa Birliyinə üzvlük məsələsinə də problem yaratmasıdır. Hazırda Kiyevə təhlükəsizlik təminatı və iqtisadi dəstək lazımdır. Bunun üçün isə Ukrayna kapitulyasiyaya razı olmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya