"Qardian" qəzetinin jurnalisti Kiyevdə Mariinski Sarayında prezident Vladimir Zelenski ilə müsahibə apararkən elektrik kəsilib.
Axar.az xəbər verir ki, “RBK-Ukrayna” agentliyi hadisənin videosunu yayıb.
Görüntülərdə müsahibənin aparıldığı otaqda işıqların söndüyü və Zelenski ilə jurnalistin çaşqınlıq içində ətrafa baxdığı görünür.