Zelenski Odessaya raket hücumu nəticəsində Yunanıstan konsulluğunun zədələndiyini açıqlayıb
Yusif Nəzərli
19:55 23.07.2023
Dünya
447
Rusiyanın Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində 50 ev, o cümlədən Yunanıstanın konsulluğu zədələnib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.
O xatırladıb ki, konsulluğun qismən dağıdılması halı Odessada birinci dəfə deyil. Belə ki, iyulun 20-də Çinin konsulluğu zədələnmişdi.
Zelenski həmçinin bildirib ki, şəhərin atəşə tutulmasında müxtəlif tipli 19 raketdən istifadə edilib: bu, onların vurulmasını çətinləşdirmək üçün edilib və bu, daha geniş miqyasda məhvə səbəb olub.
Onun sözlərinə görə, Odessadakı Müqəddəs Transfiqurasiya Baş Kilsəsi Rusiyanın gəmiəleyhinə X-22 raketi ilə atəşə tutulub.
“1936-cı ildə bolşeviklər baş kilsəni qarət edib dağıdıblar. O, artıq müstəqil Ukraynada bərpa olunub və indi terrorçular onu yenidən dağıtmağa çalışırlar”, - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm