Vladimir Putin xalqını kütləvi səfərbərlik elan etmədən necə aldatmaq barədə düşünür.
Teleqraf xəbər verir ki, bu barədə Volodimir Zelenski “United News” telemarafonuna müsahibəsində bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, rusların hər şeyi edəcəyini anlamaq lazımdır.
“Yüzlərlə, minlərlə kiberhücum olacaq, raket təzyiqindən istifadə olunacaq, hədə-qorxu gələcək və s. Bunlar dəyişməyəcək”, - deyə o bildirib.
Zelenski vurğulayıb ki, Putin hələ bu müharibədə qələbə qazana bilmir, ona görə də səfərbərlik haqqında düşünür.
“O, xalqını necə aldatmaq barədə düşünür. Elan etmədən kütləvi səfərbərlik keçirmək, kölgə müqavilələri bağlamaq, sərhədləri bağlamaq və s. Bunu görürük. Artıq bir çox müvafiq addımların şahidi oluruq”, - deyə prezident qeyd edib.