Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlüyə qəbulda dəyişikliklə bağlı mətbuat üçün brifinq keçirib.
Brifinqdə çıxış edən birliyin katibi şair, tərcüməçi Səlim Babullaoğlu Yazıçılar Birliyinə üzvlük və üzvlükdən çıxmaq prosesinin könüllü formada həyata keçirildiyini bildirib.
Səlim Babullaoğlu AYB-nin hər zaman polemikalara açıq olduğunu əlavə edib:
"Bu mənada, AYB-ni subyekyivlikdə ittiham etmək arqumentsiz baş verir".
Katib daha sonra üzvlüyə qəbulla bağlı dəyişiklik məsələsinə toxunub:
"Son üç il ərzində ildə bir dəfə AYB-yə sənəd qəbulu elan edilir. Buna qədər bu proses zaman məhdudiyyətli deyildi. Kim nə vaxt istəsə, müraciət edirdi. Təkcə son 3 il ərzində 1000 nəfərə yaxın adam üzvlüyə qəbul olunmaq üçün sənəd təqdim edib. Eləcə də birliyə üzvlük üçün müraciət edən şəxsə zəmanət verənlərin AYB-yə aid dərgilərdə məsul olmaması da şərtlərdən biridir".
Şair noyabrın 8-nə kimi Şüvəlanda AYB-nin istirahət mərkəzinin faəliyyətə başlayacağını da qeyd edib.
Çıxış edən AYB-nin katibi şair İlqar Fəhmi və yazıçı Elçin Hüseynbəyli də mediada AYB-nin üzvlük siyasəti ilə bağlı deyilənlərin həqiqəti əks etdirmədiyini vurğulayıblar.
Yekunda son günlər mediada müzakirəsi gedən Həmid Herisçinin ittifaqa üzvlük məsələsinə şair özü münasinət bildirib.
Həmid Herisçi 44 günlük Vətən müharibəsindən sonra dəyişikliyin baş verməli olduğunu qaçılmaz adlandırıb:
"Mən də öz adıma ədəbiyyat müharibəmi bitirdim".