Şair Rüstəm Behrudinin səhhətində problem yaranıb.
Globalinfo.az xəbər verir ki, bu haqda jurnalist Sərdar Əlibəyli sosial media hesabında məlumat paylaşıb. Onun bildirdiyinə görə, şair Kliniki Tibbi Mərkəzinə (“Semaşko”) yerləşdirilib:
“Rüstəm Behrudi hazırda “Semaşko” xəstəxanasının təcili yadım bölməsinə yerləşdirilib! Dualarımıza ehtiyac var, Tanrldan Böyük Şairimizə şəfalar diləyir, ona uzun və sağlıklı illər arzulayırıq” S.Əlibəyli yazıb.