Nəriman Həsənzadənin qızı: Atam son gününə qədər yazırdı

"Atam Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində 20 gündən çox qaldı. Buna baxmayaraq, sağalacağına son ana qədər ümid edirdi".

Bunu Teleqraf-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadənin qızı Xatirə Həsənzadə deyib.

Xatirə Həsənzadənin sözlərinə görə, şair ömrünün son gününədək yaradıcılığından ayrılmayıb:

"Atamın son sözləri bu oldu ki, insan yaşamalıdır, yaratmalıdır, gözəlliyi görməlidir. O, ömrünün son gününə qədər yazırdı. Deyirdi ki, insan yazırsa, deməli yaşayır".