Türk xalqları və dövlətlərinin tarixinə aid yeni kitab nəşr olunub
Türk xalqları və dövlətlərinin tarixinə aid yeni kitab nəşr olunub
10:05 21.08.2024
Ədəbiyyat
2292
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərovun müəllifliyi ilə yeni tarix dərsliyi işıq üzü görüb.
"Sherg.az" xəbər verir ki, Türk xalqları və dövlətlərinin tarixindən bəhz edən dərslik “Azərnəşr” də yığılaraq “Şərq-Qərb” mətbəəsində çapdan çıxıb. İki cilddən ibarət kitabın ön sözünün müəllifi Milli Məclisin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevdir və onun maddi dəstəyi ilə işıq üzü görüb.
Kitabın birinci cildində türk xalqları və dövlətləri tarixinin qədim və orta əsrlər, ikinci cilddə isə yeni və müasir dövrləri əks olunmuşdur. Türk xalqları və dövlətlərinin qədim və orta əsrlər dövrünə aid mübahisəli məsələlərin mövcudluğu şəraitində yazılmış dərslik ümumiləşdirilmiş əsər olmaq etibarilə ən qədim dövrdən müasir dövrə qədərki hadisələri incəliklərinə qədər əhatə etməkdədir. Dərslik vasitəsilə tələbələrimiz qədim türklərin çoxminillik etnik və dövlətçilik tarixi, təsərrüfat həyatı və mədəniyyəti, bəşər tarixindəki mühüm rolu ilə tanış olacaqlar.
Həmçinin dərslik mövcud tədqiqatlara, o cümlədən ilkin mənbələrə, elmi araşdırmalar və ümumiləşdirilmiş əsərlərə əsaslanmaqla tədqiqat səviyyəsində yazılmışdır.
Kitabın hazırlanmasında əsas məqsəd türk xalqları və dövlətlərinin tarixini qərəzsiz və olduğu kimi tələbələrə çatdırmaq, bu tarix haqqında mövcud olan müxtəlif yanaşmalar haqqında məlumat verməkdir. Dərslik tarix müəllimləri, ali məktəb tələbələri, magistrlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Dərsliyin elmi redaktoru, ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru, prof. Sevinc Əliyevadır. BDU-nun Türk xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, prof. Əsməd Muxtarov, Türkiyənin Ege Universitetinin professoru Prof. Dr. Osman Karatay , Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Qabil Bəşirov və Azərbaycan Milli Tarix Muzeyinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Ağayev tərəfindən kitaba rəylər verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya