“Yada düşdü” insanın ruhunu təzələyir
Yusif Nəzərli
10:16 06.05.2023
Ədəbiyyat
1802
Dərginin 2023-cü il sayında bir-birindən maraqlı, keçmişdən bu günə, bu gündən keçmişə yumşaq keçidlərlə dəyərli materiallar yer alıb
Günümüzdə həzin, şirin xatirələri silkələyib oyadan ədəbi-publisistik nümunələrə az-az rast gəlinir. Dövrün gərginliyi bizi sel kimi qarşısına qatıb apardıqca aparır. Belə vaxtda ürəyəyatımlı, qəlbi titrədən yazılar görəndə, insanın ruhu təzələnir. “Yada düşdü” ədəbi-bədii, nostalji dərgisi həyatımıza rəng qatan belə nəşrlərdən biridir. Dərgini vərəqlədikcə, xalqımızın milli mənliyi, adət-ənənələri, yüksək mədəniyyəti, incəsənəti, xalqın ruhuna söykənən poeziyası, bədii nəsri göz önündə canlanır. Barmaqlar vərəqləri tez-tez çevirmək istəyir; doğma insanları görməyə, dilimizin şirinliyini içinə çəkməyə tələsirsən. “Yada düşdü” dərgisinin növbəti, 2023-cü il sayında bir-birindən maraqlı, keçmişdən bu günə, bu gündən keçmişə yumşaq keçidlərlə dəyərli materiallar yer alıb. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyi ilə bağlı yazıçı, “Qobustan” jurnalının baş redaktoru Pərvin “Yaşamaq zamanı, yazmaq zamanı” məqaləsiylə çıxış edib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva “Azərbaycanın ilk peşəkar qadın rəngkarı” məqaləsini Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya həsr edib.
Məqalədə Vəcihə Səmədovanın həyatı, yaradıcılığı əksini tapıb, bu, öz yerində. Lakin müəllif həm də sadəcə bir neçə cümlədə böyük türk coğrafiyası və mədəniyyətinin geniş mənzərəsini verə bilib:
“Vəcihə Səmədova 24 noyabr 1924-cü ildə Bakıda anadan olub. Əslən Qars azərbaycanlılarından olan atası Kərbəlayi Əli qardaşıyla birgə Qarsdan İrəvana köçüb. Bir müddət orada yaşadıqdan sonra Bakıya gəliblər. Anası Rübabə xanım isə bu şəhərə ailəsiylə birlikdə Arazın o tayından – Qum şəhərindən gəlmişdi. Kərbəlayi Əli ilə Rübabə xanım Bakının əsrarəngiz İçərişəhərində bir-birilərini tanıyıb ailə qurublar. Kərbəlayi Əli yaxşı tar çalır, könlünə düşəndə Qars mahnılarını, türk-kərkük türkülərini yanıqlı-yanıqlı zümzümə edərdi...”. Bu cümlələrin oxucularda həzin duyğular oyadacağı şəksizdir. Yazıçı-publisist Rafiq Tağızadənin “Milli-mənəvi sərvətimiz – Rafiq Əliyev”, fəlsəfə üzrə fəlsəfə doktoru Rübabə Şirinovanın “”İctimai xadim, el ağsaqqalı Qənbər Şəmşiroğlu”, Barat Vüsalın “Yaxşı ki dünyada nənələr varmış”, Zəkiyə Babayeva-Əbilovanın “Fərid Ələkbərli dünya tibb tarixi alimlərinin gözündə” və sair məqalələr, Ramiz Mövsümün “Şair Hüseyn Hüseynzadənin oğul dağı” elegiyası, Xalq şairi Sabir Rüstəmxanlının “İnansa, Təbriz deyil” şeiri və dərgidə yer alan digər hekayə, şeir, unudulmaz xatirələr ədəbi mühitin rəngarəngliyini təmin edir. Təsisçi Nəzakət Məmmədliyə və redaksiya heyətinə dərginin növbəti saylarını da bu cür maraqlı və oxunaqlı tərtib etmələrini arzulayırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya