Aras Quş Cənnətində aparılan tədqiqatlar zamanı torlara düşən boğazlı toyqar halqalanaraq təbiətə buraxılıb.
Sherg.az xəbər verir ki, bununla da halqalanan quş növlərinin sayı 207-yə yüksəlib.
Mütəxəssislər bildirir ki, uzun illər müşahidə edilsə də, ilk dəfə tutulub halqalanan bu növ elmi baxımdan böyük maraq doğurur. Araşdırmaların 21 iyuna qədər davam edəcəyi gözlənilir.