Suya əl vura bilmir: Allergiya həyatını kabusa çevirib
10:34 07.02.2025
Maraqlı
757
İngiltərədə yaşayan 19 yaşlı Kloe Ramsay həyatını kabusa çevirən 40 fərqli allergiya ilə mübarizə aparır. Onlardan biri də sudur! Su bədəni ilə təmasda olduqda, dərisində dözülməz qaşınma hiss edir. O, bu vəziyyəti “sanki dərimi bıçaqla sürtmək istəyirəm”, sözləri ilə ifadə edib.
Kloe illər ərzində dəfələrlə həyatı üçün təhlükə yaradan allergik reaksiyalara məruz qalıb və bəzi hallarda xəstəxanaya yerləşdirilməli olub. Allergiya tətikləyicilərinə banan, kartof, bəzi şirniyyatlar, ev heyvanları və şamlar daxildir. Bu maddələr gənc qızın boğazının şişməsinə və dərisinin şiddətli pətəklərin yaranmasına səbəb ola bilər. Kloe bir dəfə qatar gözləyərkən yağışa tutulduğunu və içəri girəndə dayanmadan qaşındığını söyləyib: "O anda mən narkotik aludəçisi kimi görünürdüm", deyən qız əlavə edib ki, hərdən anasına “daha buna dözə bilmirəm”, söyləyir. Altı aylıqkən onda allergiya əlamətləri görünməyə başlayıb. Amma bu yaxınlarda ona “polen qida sindromu” diaqnozu qoyulub. Bu sindroma şirniyyat, meyvə və hətta ətir kimi polendən əldə edilən maddələrə qarşı allergiya daxildir. Ən qeyri-adi allergiya tibdə "sudan qaynaqlanan ürtiker" kimi tanınan su allergiyasıdır. Kloenin su içməyinin heç bir zərəri yoxdur, ancaq dərisinə toxunduqda onu çox incidir: "Bu, qarışqaların dərimdə sürünməsi kimi qaşınan, ağrılı bir hissdir". Suya qarşı həssaslığı birdən ortaya çıxdı. Əvvəlcə duş qəbul edərkən heç bir problem yaşamadığı halda, bir gün qaşınmanın başladığını və hər duşda daha da pisləşdiyini gördü. O, şampunu, kondisionerini, bədən losyonunu və hətta suyun temperaturunu dəyişməyə çalışdığını, lakin heç bir nəticə vermədiyini deyib. Yeni allergiya daim baş verə bilər və onların şiddəti dəyişə bilər. Kloe allergiyasını izləmək üçün rəng kodlu "Excel" cədvəlindən istifadə edir. İlk allergiyasının körpə ikən anası tərəfindən fərq edildiyini deyən Kloe, kartof və ya banan yeyəndə bənövşəyi rəngə çevrildiyini və huşunu itirdiyini bildirir. Xoşbəxtlikdən, zaman keçdikcə bu reaksiyalar azaldı, lakin o, hələ də çiyələk, kivi, meyvə şirəsi istehlak edə, ətirli şampunlar və bədən losyonlarından istifadə edə bilmir. Hazırda o, ayda iki dəfə iynə vurmaqla allergik reaksiyalarını nəzarətdə saxlamağa çalışır. Ancaq bu inyeksiyanın təsirinin nə qədər davam edəcəyi bəlli deyil. O, prosesin qeyri-müəyyənliyinə diqqət çəkərək, "Heç kim bu iynədən ömürlük istifadə etməyib. Mən bu müalicəyə tam cavab verməyən bəxtsiz üç faizdəyəm" deyir.
Universitet tələbəsi olan Kloe, allergiyası səbəbindən sosial həyatında bir çox çətinliklə üzləşir: "Məktəbdə bufetdə xüsusi qrupum var idi və yeməklərim də xüsusi hazırlanırdı. Amma indi universitetdə hər menyuya baxmalı oluram və bəzən dostlarımın yeyə biləcəyi yeməklərin yanında oturmaq məni narahat edir". İngiltərədə hər beş nəfərdən birinin allergiyadan əziyyət çəkdiyi təxmin edilir. Ən çox görülən qida allergiyası qoz-fındıq, süd, balıq və dəniz məhsullarıdır. Allergik reaksiyaların ən təhlükəlisi olan anafilaksi hər il İngiltərədə 5000-ə yaxın insanın xəstəxanaya müraciət etməsinə səbəb olur. Bu vəziyyət dildə, boğazda və ağızda qəfil şişkinliyə, tənəffüs yollarının tıxanmasına səbəb ola bilər. Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) adrenalin avtomatik injektorundan (EpiPen) istifadə etməyi və belə bir vəziyyətdə dərhal təcili yardım çağırmağı tövsiyə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual