Türkiyə milli futbol komandası Kosovanı 1:0 məğlub edərək 2026 Dünya Kubokuna vəsiqə qazanıb. 24 ildən sonra turnirə qayıdan komanda ABŞ, Paraqvay və Avstraliya ilə eyni qrupda yer alacaq.
Sherg.az xəbər verir ki, ABŞ mediası Türkiyənin qrupdakı balansı dəyişdirdiyini yazır. “The Athletic” qeyd edir ki, əvvəllər ABŞ üçün asan görünən qrup artıq “uduzula bilən” hala gəlib.
Avropa və dünya mətbuatı Türkiyənin güclü heyətini vurğulayaraq, komandanın turnirin “sürpriz komandalarından biri” ola biləcəyini bildirir.