2026-cı il FIFA Dünya Çempionatının E qrupunda Almaniya millisi Kurasaonu 7:1 hesabı ilə məğlub edib.
ABŞ-ın Hyuston şəhərindəki NRG stadionunda keçirilən görüşdə Almaniyanın qollarını Feliks Nmeça (6), Niko Şlotterbek (38), Kay Haverts (45+5, pen., 88), Camal Musiala (47), Nataniel Braun (68) və Dəniz Undav (78) vurublar. Kurasaonun yeganə qoluna isə Livano Comenensiya imza atıb.
Beləliklə, Almaniya dünya çempionatına 3 xalla başlayıb. Mundialda ilk dəfə iştirak edən Kurasao isə qrup mərhələsinə məğlubiyyətlə start verib.
Qeyd edək ki, E qrupunun növbəti turunda Almaniya Kot-d'İvuar, Kurasao isə Ekvador yığması ilə qarşılaşacaq.