"Qarabağ" bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın "Napoli" komandasının baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundakı rəqibləri olan "Qarabağ" barədə danışarkən deyib.
Mütəxəssis Azərbaycan çempionu ilə matça ciddi yanaşdıqlarını bildirib: "Enerjimizi bərpa etməli və bu yeni çağırışa hazırlaşmalıyıq".
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.