Arda Gülər mükafatını aldı

“Real Madrid”in formasını geyinən Arda Gülər ötən mövsüm Çempionlar Liqasında “ən yaxşı debüt edən oyunçu” seçilib. Milli futbolçu mükafatını “Real Madrid” - “İnter” matçından əvvəl alıb.

Sherg.az xəbər verir ki, 21 yaşlı futbolçu cəzası səbəbindən qarşılaşmanın heyətində yer almayıb. Gülərə mükafatı Portuqaliya futbolunun əfsanəsi Luis Fiqu təqdim edib.

Arda Gülər ötən mövsüm Çempionlar Liqasında “Real Madrid”in keçirdiyi 14 oyunun 13-də ilk 11-likdə meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyəli milli futbolçu bu mövsüm La Liqada keçirdiyi 4 oyunda isə 1 qol və 1 assist edib.