“Real Madrid”də çıxış edən Türkiyə millisinin üzvü Arda Gülərin gələcəyi ilə bağlı qərar verdiyi və klubun yeni müqavilə təklifini qəbul etdiyi iddia olunur.
Sherg.az xəbər verir ki, “TEAMTalk” nəşrinin məlumatına görə, Arda Gülərlə maraqlanan İngiltərənin “Arsenal” və “Mançester Siti” klubları futbolçunun “Real Madrid”də qalmaq qərarından sonra transfer yarışından geri çəkiliblər.
Məlumata əsasən, İngiltərə klubları “Real Madrid”də baş məşqçi dəyişikliyinin Ardanın komandadakı mövqeyinə təsir göstərə biləcəyini düşünərək onun transferinə ümid edirdilər. Lakin gənc futbolçuya klub rəhbərliyi tərəfindən uzunmüddətli planlarda mühüm yer tutacağı ilə bağlı təminat verildiyi bildirilir.
Bundan başqa, Ardanın “Real Madrid”in prezidenti Florentino Peresin xüsusi rəğbət bəslədiyi futbolçulardan biri olduğu qeyd olunur.
21 yaşlı yarımmüdafiəçi “Real Madrid”in heyətində bütün turnirlərdə 121 oyunda meydana çıxıb. O, ümumilikdə 6349 dəqiqə oynayıb, 19 qol vurub və 30 məhsuldar ötürmə edib.