“Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, paytaxt təmsilçisi Danimarka klubu “Orhus”u qəbul edəcək.
Qarşılaşma “Bank Respublika Arena”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilən ilk matç “Orhus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.