Dünya Kubokunun ilk qolunu kim vurub? - FOTO

1930-cu ildə Uruqvayda start götürən ilk Dünya Çempionatı tarixinin ilk qolunu fransalı futbolçu Lucien Laurent vurub.

Sherg.az xəbər verir ki, o, Fransa ilə Meksika arasında keçirilən açılış matçında 19-cu dəqiqədə fərqlənərək turnirin ilk qoluna imza atıb. Həmin oyun Fransa millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Laurent o dövrdə peşəkar futbolçu deyil, Peugeot zavodunda işçi kimi çalışırdı və fabrik komandasının futbolçusu idi. 1930-cu ildə Fransa yığması ilə birlikdə Uruqvaya gedərək ilk Dünya Kubokunda iştirak edib.

Bu qol onu futbol tarixində unudulmaz adlardan birinə çevirib.