"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına düşüb.
Anadolu Agentliyi xəbər verir ki, hadisə İstanbulda baş verib.
Klub rəhbəri evindən stadiona gedərkən qəzaya uğrayıb. Saran heç bir xəsarət almayıb.
Onun sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.
Qeyd edək ki, Saran ötən ilin sentyabrında "Fənərbaxça"nın prezidenti vəzifəsinə seçilib.