"Zirə"nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyənləşib.
Teleqraf xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutub.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv "Torpedo" (Gürcüstan) klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.