Messi “İnter Mayami”də çıxışını dayandırdı

Argentinalı ulduz futbolçu Lionel Messi atasının vəfatından sonra “İnter Mayami”nin oyunlarında iştirakını qeyri-müəyyən müddətə dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Doble Amarilla” məlumat yayıb.

Məlumata görə, argentinalı futbolçu hələ ABŞ-a qayıtmayıb və ailəsinin yanında qalmaq qərarına gəlib. Messi artıq Liqa Kubokunun qrup mərhələsində Meksikanın “Monterrey” klubuna qarşı keçirilən oyunda iştirak etməyib.

Qeyd edək ki, Messinin atası Xorxe Messi avqustun 7-də 68 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.