Argentina millisinin sabiq futbolçusu Lionel Messi İspaniyanın II Liqasında çıxış edən “CD Eldense” klubunun bütün səhmlərini almaq üçün prinsipial razılığa gəlib.
Sherg.az xəbər verir ki, tərəflər arasında rəsmi imzaların yaxın günlərdə atılması gözlənilir. Klubun satışı üçün İspaniya Milli İdman Şurasının da təsdiqi tələb olunur.
Alicante bölgəsinin Elda şəhərini təmsil edən “Eldense” 22 komandanın mübarizə apardığı liqada ilk 4 turdan sonra 2 heç-heçə və 2 məğlubiyyətlə 20-ci pillədə qərarlaşıb.
Messi daha əvvəl İspaniyanın V liqasında çıxış edən Kataloniya klubu “UE Cornellà”nın sahibi olub. “Eldense”nin alınması baş tutarsa, argentinalı ulduz İspaniyada iki futbol klubunun sahibi olacaq.