Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar

Argentina millisinin sabiq futbolçusu Karlos Tevez futbol dünyasının iki böyük ulduzu Lionel Messi və Kriştianu Ronaldunu eyni komandada bir araya gətirəcək.

Teleqraf xəbər verir ki, Tevez dekabrda Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək vida matçında hər iki futbolçunun onunla birlikdə meydana çıxacağını açıqlayıb.

“İkisi ilə də danışdım və razılıq verdilər. Vida matçımda onlar eyni komandada oynayacaqlar”, - deyə argentinalı bildirib.

  • Qeyd edək ki, Tevez Ronaldu ilə İngiltərənin “Mançester Yunayted” klubunda komanda yoldaşı olub. O, Messi ilə Argentina millisində birlikdə çıxış edib.