Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu

Uruqvay millisinin qapıçısı Fernando Muslera futbol dünya çempionatlarının tarixinə düşüb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, 39 yaşlı qolkiper DÇ-2026-nın qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirilən oyunda meydana çıxmaqla mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu rekordunu yeniləyib.

Bundan əvvəl Uruqvay millisinin tarixində ən yaşlı oyunçu mərkəz müdafiəçisi Dieqo Qodin olub. O, DÇ-2022-də 36 yaş 285 günlüyündə meydana çıxıb.

Muslera həm də beşinci dünya çempionatında iştirak edib. O, uzun illərdir Uruqvay millisinin əsas simalarından biri hesab olunur və yığmanın heyətində 130-dan çox oyun keçirib.

Qeyd edək ki, Uruqvay yığması mundialın qrup mərhələsində Səudiyyə Ərəbistanı, İspaniya və Kabo-Verde ilə birlikdə H qrupunda mübarizə aparır.