"Napoli"nin baş məşqçisi: "Qarabağ" üzərində qələbəni Maradonaya həsr etmək istəyirik

"Sabah əfsanəvi futbolçumuz Dieqo Armando Maradonanın ildönümüdür. "Qarabağ" üzərində qələbəni ona həsr etmək istəyirik".

Teleqraf xəbər verir ki, bu sözləri “Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının V turunda İtaliyada “Qarabağ”la keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis Ağdam təmsilçisini cari mövsümün sürpriz komandası olduğunu bildirib: "Onlar "Benfika"nı məğlub ediblər, "Çelsi" ilə isə bərabərə qalıblar. Rəqibin heyətində keyfiyyətli legionerlər var. Oyunun əvvəlindən diqqətli olmalıyıq, çünki onlar matçlarına yüksək templə başlayırlar".