İspaniyanın “Real Madrid” klubu mülkiyyət modelində dəyişiklik etməyi planlaşdırır.
Teleqraf “Voz Popoli” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 10% səhmləri sata bilər ki, bu da 1 milyard avro qiymətləndirilir.
Klubun hazırkı dəyəri 10 milyard avronu ötüb. Hazırda “Real” qlobal investisiya şirkəti Sixth Street və LVMH-nin sahibi Bernard Arnonun təkliflərini incələyir.
Bununla belə, belə səhmdarlar klubun idarəetmə səlahiyyətlərinə malik olmayacaqlar. Dekabrın ortasında klub üzvlərinin bununla əlaqədar fövqəladə yığıncağı keçiriləcək.