“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 32-ci turunda “Əl-Hilal”la 1:1 hesablı heç-heçə edib.
Teleqraf xəbər verir ki, meydan sahiblərinin qolunu 37-ci dəqiqədə Məhəmməd Simakan vurub.
Görüşün son saniyələrində isə “Əl-Nəsr”in qapıçısı Bento topu öz qapısından keçirərək komandasını qələbədən məhrum edib. Komanda qalib gəlsəydi, çempionluğu vaxtından əvvəl təmin edəcəkdi.
“Əl-Nəsr”in heyətində futbol tarixinin ən məhsuldar oyunçularından biri və beşqat “Qızıl top” sahibi Kriştianu Ronaldu çıxış edir. Portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanındakı dördüncü mövsümünü keçirir. O, bu müddətdə yalnız 2023-cü ildə Ərəb Çempionları Kubokunu qazanıb.
33 oyundan sonra 83 xalla lider olan “Əl-Nəsr”i 78 xalla “Əl-Hilal” izləyir. “Əl-Hilal” mayın 16-da “Neom”la, “Əl-Nəsr” isə mayın 21-də “Damak”la qarşılaşacaq.