Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladığını və futbolçuya ödəniləcək məbləğləri açıqlayıb.

Sherg.az Qol.az-a istinadən xəbər verir ki, Türkiyə klubunun İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim etdiyi açıqlamada misirli hücumçuya hər mövsüm üçün 10 milyon avro maaş veriləcəyi bildirilib.

Bundan başqa, Salaha 7 milyon avro imza pulu ödəniləcək. Beləliklə, futbolçunun ümumi zəmanətli qazancı 17 milyon avro təşkil edəcək.

Müqavilədə hər mövsüm üçün əlavə bonuslar da nəzərdə tutulub. Eyni zamanda, “Məhəmməd Salah” adı ilə satışa çıxarılacaq məhsullardan əldə edilən gəlirin 20 faizi futbolçuya veriləcək.

Klub agentlik xidmətlərinə görə isə Salahın ümumi maaşının 5 faizi həcmində ödəniş edəcək.