Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Avstriya üzərində qazanılan 2:0 hesablı qələbədən sonra Lionel Messinin çıxışını yüksək qiymətləndirib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis komandanın çətin anlarında belə Messinin mübarizədən geri çəkilmədiyini vurğulayıb.
"Komanda çətinlik yaşayanda belə Messi top qazanır, mübarizə aparırdı. Bir futbolçunun bu qədər fədakar olması təsadüfi deyil. Onun komandaya təsiri də məhz bundan qaynaqlanır. Artıq Messi haqqında nə deyəcəyimi bilmirəm. Onun barədə deyilən heç bir söz kifayət etmir", - deyə Skaloni bildirib.
Qeyd edək ki, Lionel Messi Avstriya ilə matçda penaltini qaçırdıqdan sonra 2 qolla komandasına qələbə qazandırıb.