Misli Premyer Liqasının 12-ci turunun “Sumqayıt” - “Qarabağ” oyununa artıq 4000 bilet satılıb.
QOL.az xəbər verir ki, bu haqda “Sumqayıt” klubunun yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi ilə yanaşı hər gün 15:00-19:00 arası Mehdi Hüseynzadə adına stadionun kassasından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
Qeyd edək ki, oyun noyabrın 21-i saat 19:00-da başlanacaq.
Əlavə edək ki, M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunun 10 min tamaşaçı tutumu var.