Türkiyə millisinin sabiq futbolçusu saxlanıldı

Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

40 yaşlı keçmiş müdafiəçi səhm bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə başladılan istintaq çərçivəsində tutulub.

Qeyd edək ki, G.Gönül karyerası ərzində “Fənərbağça” və “Beşiktaş” klublarının formasını geyinib. O, "Fənərbağça" ilə 2, "Beşiktaş"la 1 dəfə ölkə çempionu olub.