UEFA reytinqi: “Qarabağ” uduzdu, Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Teleqraf xəbər verir ki, ölkə hazırda 21.187 əmsalla 26-cı pillədə yer alıb.

25-ci yerdə olan Sloveniya 22.468 əmsala malikdir.

Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo"ya (Kiyev) 0:1 hesabı ilə məğlub olub.