"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior qış transfer pəncərəsində klubu tərk edə bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə insayder Ekrem Konur "X" sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, vinger klubla yeni müqavilə məsələsində razılığa gələ bilmir. Eyni zamanda, ona "Mançester Siti", "Çelsi" və bəzi Səudiyyə Ərəbistanı klubları ciddi maraq göstərirlər.
Qeyd edək ki, 2018-ci ildən "Real Madrid"də çıxış edən 25 yaşlı vinger cari mövsümdə klub səviyyəsində keçirdiyi 23 matçda altı qol vurub və beş məhsuldar ötürmə edib.
Vinisiusun "Real"la mövcud müqaviləsi 2027-ci ilin iyun ayının sonunadək nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir.