Küçənin sakinləri səhər dəhşətə oyandılar


 Türkiyənin Mersin şəhərində bir qadın səhər işə gedərkən təxminən 1 il əvvəl boşandığı keçmiş əri tərəfindən evinin qarşısında silahla vurularaq öldürüldü.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 2 uşaq anası Filiz Kaplan (42) səhər Mersin Universitetindəki işinə getmək üçün evindən çıxıb. Bu zaman keçmiş əri Murad C.ın silahlı hücumuna məruz qalıb. Hadisə yerinə avtomobillə gələn şübhəlinin tapançasından çıxan güllələrə hədəf olan qadın, küçənin ortasında qanlar içində yerə yıxılıb.
 Şübhəli  avtomobilinə minərək hadisə yerindən sürətlə uzaqlaşıb. Hadisə yerinə gələn sağlamlıq vəzifəliləri Filiz Kaplanın həyatını itirdiyini təyin ediblər. Ətrafda 3 boş giliz tapılıb. Polis qrupları ətrafda araşdırma aparıb.

Qadının yaxınları Filizin ərindən daimi  təhdid aldığı üçün qoruma istədiyini qarşıya qoyaraq, "Öldükdən sonramı mühafizə veriləcək?" deyərək reaksiyalarını dilə gətiriblər. 

Qadının cəsədi  araşdırmalardan sonra yarılmaq üçün xəstəxananın meyitxanasına aparılıb. Qatilin tutulması üçün polis əməliyyata başlayıb.