Beren Saat: Küçədə nə vaxt danışdım ki?



Türkiyənin ünlü aktrisası Beren Saat, ötən gün rəfiqəsi ilə birlikdə Arnavutköydə bir məkandan çıxarkən göstərilib.





Sherg.az türk mediasına istinadən xəbər verir ki, Beren Saat təxminən üç saata qədər qaldığı məkanın çıxışında onu gözləyən jurnalistlərin sualları qarşısında səssiz qalıb. Beren Saat həyat yoldaşı Kənan Doğulunun konsertinə niyə getməməsi sualına  "Mən sizinlə küçədə nə vaxt danışdım ki? Danışmaq istəmirəm, təşəkkür edirəm" cavabını verib.
Jurnalistlərin israrlı sualları qarşısında  danışmayacağını israrla söyləyən aktrisa , yanındakı rəfiqəsinin belindən tutaraq, Arnavutköy küçələrində gözlərdən itib.