Parisdə hərbi parad keçirilib



Fransanın milli bayramı Bastilya Günü münasibəti ilə paytaxt Parisdə hərbi parad  keçirilib.Bastilya Günü kimi tarixə düşən 14 iyul Fransa Milli Bayramı Paris küçələrində reallaşıb. Mərasimə, Almaniya Baş naziri Angela Merkel, NATO-nun baş katibi  Yens Stoltenberq və digər Avropa Birliyi (AB) ölkələrinin liderləri ilə nümayəndələri qatılıb. 
Sherg.az xarici media istinadən xəbər verir ki, paradda 4 min 300 əsgər, 196 ədəd hərbi texnika , 237 at, 69 təyyarə və 39 vertolyot yer alıb. Fransa prezidenti Emmanuel Makron şərhində, "İkinci dünya müharibəsinin sona çatmasından bu yana Avropa heç bu qədər əhəmiyyətli olmamışdı. NATO ilə birlikdə Avropanın müdafiəsinin inşası Fransa üçün bir prioritetdir" deyib.  



Mərasim zamanı təxminən 40 nümayişçi Makrona etiraz edib. "Makron istefa" şüarları səsləndirən aktivistlər, havaya sarı şarlar buraxıb.
Mərasimdə flyboard üzərində qurulmuş əli silahlı əsgər diqqət çəkib. ​Makron daha sonra mərasimdə iştirak edən liderlərlə Yenisey Sarayında günorta yeməyində bir araya gəlib. Milli Bayram münasibəti ilə başda Paris olmaqla bütün şəhərlərdə bu axşam havaya fişənglər buraxılacaq. 
Turan