Hindistanın Himaçal Pradeş ştatında üçmərtəbəli binanın uçması nəticəsində 30 hərbçi dağıntı altında qalıb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə Solan şəhərində yerli vaxtla 15:50-də baş verib. Hadisə baş verəndə binadakı banket zalında hərbçilərin ziyafəti davam edirmiş. Dağıntı altından 4 nəfər sağ çıxarılıb. Hazırda dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir.
İlkin ehtimala əsasən, binanın uçmasına səbəb son günlər bölgədə müşahidə olunan şiddətli yağışlardır.