Dünyanın ən zəngin insanını atası niyə tərk edib? 



Dünyanın ən zəngin insanı: Jeff Bezos



Oturduğu evin qarajında qurduğu şirkətini dünyanın ən qiymətli markaları arasına yazdırmağı bacaran Jeff Bezos, ən zəngin insanlar sıralamasında Bill Qeytslə bir yarış içindədir.

Dünyanın ən zəngin insanı Ceff Bezosun uşaqkən olduqca fərqli bir yapısı olub. Hələ 4 yaşı olarkən yaşıdları kimi beşikdə yatmağı istəməyərək beşiyin başlarını sökmüş və onu bir yataq halına gətirmişdir.

4 yaşında olarkən atası tərk edib

1964-cü ilin yanvarın 12-də Nyu Mexikoda dünyaya gələn Bezos, gerçək atasını xatırlayacaq qədər onu görə bilmədi. O doğulduğu zaman ailəsinin maddi vəziyyəti çox ağır idi. Atası, hələ Bezos doğulmamışdan aktyor olmaq üçün həyat yoldaşından ayrılmaq istədiyini söyləyirdi. Bu gərginlik çox sürmədi və anası Jacklyn atası Ted John Jorgensendən ayrılmaq qərarı verdi. Bu qərardan sonra evi tərk edən Ted John Bezosu, anasıyla tək başına buraxır. Bezosun anası bir müddət sonra Kuba vətəndaşı olan bir immiqrantla - Mike Bezosla evlənir. Atası olaraq bildiyi adamın gerçək atası olmadığını öyrəndiyində isə onun yaşı tam 10 idi.


Yayda getdiyi nənəsi və babasının evində atelye qurdu

Əsl atasını heç tanımadan böyüyən Jeff Bezos, çətinliklərlə keçən həyatından çox böyük dərslər alır. Çətin bir uşaqlıq həyatı keçirən Bezos, yay olanda nənəsi və babasının heyvanlarına baxır. Bir az böyüdükdən sonra da buranın atelyeyə çevirən Bezos, ailəsini bu atelyedən uzaq tutmaq üçün bir xəbərdarlıq sistemi qurur. Bu sistem sayəsində ailəsi atelyeyə yaxınlaşanda Bezosun xəbəri olurdu.

+++



Beləcə 1995-ci ildə bir qarajda başlatdığı proyekt, 4 il sonra 6 milyard dollar dəyərə çatır. Bezosun bir nəşriyyat, bir qəzeti də var. Bezos, ilk yığıncaqlarını qarajın yanındakı bir nəşriyyatında edirmiş. İndi onun  yığıncaq edə bilməyəcəyi yer yoxdur...
Amazonun sahibi olan  Ceff Bezos 2017-ci ildə  dünyanın ən zəngin insanı olur. Buna səbəb isə amerikalı iş adamının gəlirlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz artmasıdır. Nyu-York birjasında baş verən sıçrayış 53 yaşlı Bezosa üç saat ərzində 10 milyard dollar qazandırıb. Bununla da o, 92,8 milyard varidatla 90 milyard dollara sahib olan “Microsoft” un yaradıcısı Bill Qeytsi geridə qoyub. 

İndi isə  Jeff Bezos 120 milyard dollar sahibdir.