Xalq artisti Emin Ağalarov “OK!” jurnalının yeni sahibi olub.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “RBC”yə məlumat verib.
Bildirilib ki, yaxın günlərdə müqavilə imzalanacaq.
Məlumatda qeyd olunur ki, hazırda “OK!” nəşrinin qeydiyyatı haqqında şəhadətnamə “AS Rus Media” SC-nin adına rəsmiləşdirib.
“AS Rus Media” E.Ağalarova jurnalı “OK!” əmtəə nişanı, nəşrin saytı və komandası ilə birlikdə verəcək. Dərginin baş redaktoru Vadim Vernik öz postunda qalacaq.
Qeyd edək ki, “OK!” jurnalı Rusiyada 2006-cı ildən həftəlik tirajla nəşr olunur.