Sumqayıtda huşsuz vəziyyətdə tapılan qadın ölüb


Bu gün axşam saatlarında  şəhərin 12-ci mikrorayonunda, təxminən 60-65 yaşlarında huşsuz vəziyyətdə qadın tapılıb.  

APA-nın yerli bürosuna görə, onun Əzizə adlı qadın olduğu müəyyən edilib. 

Yaxınları tapılmadığından qadının tam şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. 

O, təcili tibbi yardım maşını ilə dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb, qadın dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.