Ayanla Xatun arasındakı qalmaqal böyüdü: "Heç kimə izn vermərəm ki..."

Şou-biznesdə növbəti insident yaşanıb. Xatun müğənni Ayan Babakişiyeva haqqında qalmaqallı fikirlər səsləndirib. O, məclislərdə Ayanın böyük-kiçik yerini bilmədiyini iddia edərək maqazin verilişində ona səslənib və xatırlatma edib.  «Yaxınlaşıb Ayanın qulağına, səni bilirsən…..» deyib.

Bu kəlmələr şou-biznesin növbəti qalmaqalına səbəb oldu. Müğənni Ayan Xatuna cavab olaraq «Şərq»ə bunları söyləyib:

«Mən uzun müddət Azərbaycandan çıxdım. Çünki burda olanlar məni incitmişdi. Qaldı Xatunun atmacasına, mən hər zaman mədəniyyətimi, tərbiyəmi qoruyan xanım olmuşam. Mənim nə Xatunla, nə də kimləsə qalmaqalım yoxdu. Əgər Xatun mənə yaxınlaşıb qulağıma nə isə deməyə çalışıbsa, bunu mikrofonla açıq niyə deməyib?

Sonradan bu açıqlamanı verməyə də lüzum gördü? Xatunla belə bir danışığımız olmayıb. Bir də vurğulayıram ki,  heç vaxt heç kimə izn vermərəm ki, mənimlə yüksək tonda danışsın, ya da fikirlərini bildirərkən həddini aşsın. Mən hər zaman gücümü də, tərbiyəmi də sərgiləyən insan olmuşam. Xatun onu düz deyir ki, mən ondan yaşda kiçiyəm, özümdən böyüklərə də hörmətimi qoruyuram. Amma yaşından və statusundan asılı olmayaraq heç kim mənimlə yüksək tonda danışa bilməz. Bu günə qədər bu şəraiti də yaratmamışam. Allah ona kömək olsun».