İcbari tibbi sığorta ilə bağlı qanun qəbul edildi: Yanvarın 1-dən...

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Oxu.Az-ın məlumatına görə, iclasın gündəliyinə 15 məsələ daxildir.

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi üçüncü - sonuncu oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.